
AMEA Rəyasət Heyətində keçirilən görüşdə AMEA-nın vitse-prezidenti, akdemik İsa Həbibbəyli ölkəmizdə elmə və elm adamlarına yüksək dövlət dəstəyinin göstərildiyini xüsusi vurğulayaraq son illərdə Akademiyada aparılan islahatlardan ətraflı söhbət açıb. Akademik İsa Həbibbəyli cari dərs ilindən akademiyada magistratura təhsilinin yaradılması, həmçinin doktorantura sahəsindəki yeniliklərdən danışıb. Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini qeyd edən akademik İsa Həbibbəyli elm istiqamətində də elmi-tədqiqat, həmçinin ali təhsil müəssisələri arasında geniş vüsət almış qarşılıqlı əməkdaşlıq əlaqələrindən söz açıb. Qardaş ölkənin ali təhsil müəssisələri ilə magistratura və doktorantura sahəsində müştərək əməkdaşlığın əhəmiyyətini nəzərə çarpdıran akademik İsa Həbibbəyli adıçəkilən istiqamətdə uğurlu nəticələr əldə olunmasının mümkünlüyünü bildirib.

Akademik İsa Həbibbəyli və professor Mustafa Aydın AMEA ilə Türkiyə universitetləri arasında elmi əməkdaşlığın perspektivlərini müzakirə edərək gələcəkdə magistratura və doktorantura sahələrində qarşılıqlı əməkdaşlıq imkanları barədə razılığa gəliblər.
Görüşdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev və Aydın Universitetinin əməkdaşları da iştirak ediblər.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.