![Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub](http://zim.az/uploads/posts/2017-11/thumbs/1510753286_aynel-3.jpg)
![Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub](http://zim.az/uploads/posts/2017-11/thumbs/1510753269_aynel-rey-1.jpg)
Çexiyada nəşr edilən və
beynəlxalq bazalarda indeksləşdirilən
FILOLOGICKÉ VĚDOMOSTI (ISSN 2464-6768 MK ČR E 22429 № 4 2017) adlı jurnalda
AMEA Nəsimi adına Dilçilik İnstitutunun professoru
Sevil Mehdiyevanın
həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Aynel Məşədiyevanın
rus dilində işıq üzü görən “Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”) adlı kitabına yazdığı rəyi çap edilib.
Monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili sifətlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunmuşdur.
Müəllif qeyd edir ki, monoqrafiya türk dillərində feili sifətin müqayisəli-tarixi aspektdə ilk müfəssəl tədqiqatdır.
Rəydə həmçinin qeyd edilir ki, tədqiqatçı türk dillərinin feili sifət formalarının mənşəyinin və qrammatik statusunun problemlərini əhatəli araşdırmışdır.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.