Əzizinəm, təzə dən, Köhnə xırman, təzə dən, Məmməd getdi ay Buta, Geri gəlməz təzədən. ***** Dağlar, qarın ağlasın, Bağça, barın ağlasın, Heyif sənə, ay Məmməd, Sənin yarın ağlasın! ***** Əzizinəm, bu dağı, O dərəni, bu dağı, Buta necə çəkəcək? Fələk çəkən bu dağı? ***** Dağların dumanı var, Qarı