MÜQƏDDƏS OCAĞIN KÖZÜYƏM, ANA! Sən coşub-çağlayan dağ şəlaləsi, Mən o şəlalənin səsiyəm, Ana! Sən uca zirvənin büllur çeşməsi, Mənsə, o çeşmənin gözüyəm, Ana! İlk kəlməm, ilk sözüm anam- birincim, Mənə həyat verən nəşəm, sevincim, Qiymətli xəzinəm, Firuzəm, incim, "Talıbxan nanı"nın duzuyam, Ana!