AZƏRBAYCAN = Xalqların ev-eşiyisən, Daim sülhün keşiyisən, Tolerantlıq beşiyisən, Bir örnəksən, Azərbaycan. Qucaq açdın tata,kürdə, Qoymadın əriyib itə, Qoynunda neçə millətə, Duz-çörəksən, Azərbaycan. Yatmadın yad laylasına, Qoymadın vüqarın sına, Bütün İslam dünyasına, Sən gərəksən, Azərbaycan.