Görəsən neçəyə susub? Çoxdandır səsi gəlməyən. Baxın, bəlkə nəsə yazıb, Yazıq danışa bilməyən. Tutaq ki, ağzı bağlıdır, Bunun əli var, qolu var. Niyə susub, maraqlıdır, Danışmağın min yolu var. Burda belə saydırırlar, Dəlilərin qədərini. Ağıllılar uydururlar, Dəli lətifələrini. Sonra isə