EY VƏTƏN! Yol tapmıram gəlmək üçün qoynuna, Yolların da məndən küsüb, ey Vətən! Bir zamanlar dayanardın şah kimi, Qulların da məndən küsüb, ey Vətən! Qəlbim yanar, ruhum sənsiz yalqızlar, Gözlər ağlar, nalə çəkib, dil sızlar. Daha dərmir çiçəkləri gül qızlar, Güllərin də məndən küsüb, ey Vətən!