
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Gülnar Səma ZiM.Az-a bildirib ki, Vüqar Əhməd bu mükafata Azərbaycan və türk xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının Prezidenti, akademik Heydərbəy Bababəyov cənabları Vüqar Əhmədə Azərbaycanda elminin inkişafındakı xidmətlərinə görə akademik elmi adına layiq görüldüyünü bildirib və təbrik məktubu göndərib.
Ötən həftə Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdi.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.