![Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda](http://zim.az/uploads/posts/2021-07/1625415922_sanqam-001.jpg)
Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin
məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının üzvləri Azərbaycana rəsmi səfərə gəliblər.
Nümayəndə heyəti 2021-ci il iyulun 4-də
Fəxri xiyabanda xalqımızın ümummilli lideri
Heydər Əliyevin xatirəsini yad edərək,
məzarı önünə güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik
Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
![Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda](http://zim.az/uploads/posts/2021-07/1625416323_sanqam-002.jpg)
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Gürcüstan parlamentində təmsil olunan 3 azərbaycanlı deputatdan biri Abdulla İsmayilov da iştirak edir.
Abdulla İsmayılov 2020-ci il oktyabrın 31-də Gürcüstan parlamentinə keçirilən seçkilərdə "Vahid Milli Hərəkat" partiyasının proporsional siyahısı üzrə deputat mandatı qazanıb.
Sanqam SADIQOV,
ZiM.Az-ın xüsusi müxbiri
![Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda](http://zim.az/uploads/posts/2021-07/1625415843_sanqam-003.jpg)
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.