![AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam İnkişaf Bankının təqaüdünə layiq görülüb AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam İnkişaf Bankının təqaüdünə layiq görülüb](http://zim.az/uploads/posts/2021-09/1630781905_gulmire-elibeyova-molbiol-001.jpg)
Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi
Gülmirə Əlibəyova İslam İnkişaf Bankının
2021-2022-ci akademik il üçün elan etdiyi Doktorantura
və Postdok tədqiqat proqramı müsabiqəsinin qalibi olaraq
təqaüdə layiq görülüb.
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Nərmin Seyidzadə ZiM.Az-a bildirib ki,
Gülmirə Əlibəyova - 2017-2019 illərdə institutun “Molekulyar biologiya” ixtisası üzrə magistrantı olmuş və təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
2020-ci ildə eyniadlı ixtisas üzrə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertanturasına daxil olmuşdur.
Gənc tədqiqatçı hazırda “Ürək-damar və tənəffüs sistemlərinin patogenezində angiotenzin çevirən ferment geninin polimorfizminin tədqiqi” mövzusunda elmi tədqiqatlar aparır.
ZiM.Az
.