

Dmanisi Tədris Mərkəzində
Ulu öndər Heydər Əliyevin
101 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin ömür yolu” adlı inşa müsabiqəsi keçirilib.
Mərkəzdən ZiM.Az-a bildiriblər ki, 40 nəfərədək şagirdin qatıldığı inşa musabiqəsinin Münsiflər heyətinində Mərkəzin müəllimləri Vasif Həsənov, Nigar Seyidova və Elza Suleymanovanın təmsil olunublar.
Münsiflər heyəti tərəfindən inşalarda Heydər Əliyevin mənalı həyat yolunun dolğun və bütövlükdə mövzunu əhatə edildiyi bildirilib.
Sonda Münsiflər heyəti tərəfindən müsabiqənin qalibi Dmanisi Tədris Mərkəzinin aktiv üzvü, 7-ci sinif şagirdi Umayra Həsənova elan edilib.

“Qeyd etmək lazımdır ki, inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olmuşdur”, - Kamran Xıdırov demişdir.
O, Ulu Öndər Heydər Əliyevin siyasi xəttini, inkişaf yolunu qətiyyətlə irəli aparan, uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrinin daha möhkəmlənməsində apardığı rolunu xüsusilə vurğulayıb.


müsabiqənin
qalibi
Umayra Həsənovaya
xatirə hədiyyələri
təqdim olunub.
ZiM.Az
.