![Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub](http://zim.az/uploads/posts/2023-10/1698348919_aztu-turk-korp-001.jpg)
![Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub](http://zim.az/uploads/posts/2023-10/1698348933_aztu-turk-korp-002.jpg)
![Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub](http://zim.az/uploads/posts/2023-10/1698348931_aztu-turk-korp-003.jpg)
![Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub](http://zim.az/uploads/posts/2023-10/1698348927_aztu-turk-korp-004.jpg)
![Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub](http://zim.az/uploads/posts/2023-10/1698348954_aztu-turk-korp-006.jpg)
![Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub](http://zim.az/uploads/posts/2023-10/1698348942_aztu-turk-korp-005.jpg)
AzTU-nun fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verən rektor Vilayət Vəliyev müasir dövrdə mühəndislik universitetlərində tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.
Nümayəndə heyəti AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”, “Cezeri” laboratoriyası və digər mərkəzləri ziyarət edib. Ziyarət zamanı “Bilşim Vadisi Bakı”da təmsil olunan rezident şirkətlərin AzTU-da aparılan mühəndis hazırlığına faydaları, universitet-sənaye əməkdaşlığının inkişafında rolu, innovasiyaların dəstəklənməsinə verəcəkləri töhfələri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra tərəflər gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.