![AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib](http://zim.az/uploads/posts/2023-10/1698345969_subhan-namazov-daad-000.jpg)
![AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib](http://zim.az/uploads/posts/2023-10/1698346016_subhan-namazov-daad-003.jpg)
![AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib](http://zim.az/uploads/posts/2023-10/1698345983_subhan-namazov-daad-004.jpg)
Tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov DAAD ilə AzTU arasında uzunmüddətli əməkdaşlıqdan, Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenbergin (BTU Cottbus-Senftenberg) ilə imzalanan ikili diplom proqramından və yeni yaradılan Alman mühəndislik fakültəsinin inkişaf perspektivlərindən danışıb.
Daha sonra DAAD-nin AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, təqaüdlü yay kursları və magistratura səviyyəsi üzrə təqaüd proqramıları haqqında tələbələrə ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.