![AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib](http://zim.az/uploads/posts/2022-01/1642012303_subhan-namazov-001.jpg)
Beynəlxalq əlaqələr üzrə prorektoru,
texnika elmləri doktoru,
professor Sübhan Namazov
Türkiyənin Ankara şəhərində
səfərdədir.
Erasmus+ KA1 mobillik proqramının
fərdi qrant layihəsini qazanan
professor Sübhan Namazov
səfər çərçivəsində
Türkiyənin Qazi Universitetinin
Metallurgiya və materiallar texnologiyası
kafedrasının professor-müəllim heyəti
və tələbələri üçün
“Bişirilmiş ovuntu kompozisiya materialları:
alınması, strukturu, xassələri və tətbiqi”
mövzusunda mühazirə deyib.
![AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib](http://zim.az/uploads/posts/2022-01/1642012339_subhan-namazov-003.jpg)
Prorektor Sübhan Namazov, həmçinin
Qazi Universitetinin rektoru, professor Musa Yıldız,
universitetin prorektorları, dekanları,
bölmə rəhbərləri ilə işgüzar görüşlər keçirib.
Görüşlər zamanı AzTU-nun qalib olduğu ”AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi barədə məlumat verilib.
Layihə çərçivəsində professor-müəllim heyətinin potensialının gücləndirilməsi məqsədilə AzTU-nun bir qrup müəlliminin təlimlər keçməsi üçün Ankaraya ezam olunması, həmçinin Qazi Universitetinin professorlarının AzTU-ya dəvət olunması ilə bağlı razılıq əldə olunub.
![AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib](http://zim.az/uploads/posts/2022-01/1642012360_subhan-namazov-002.jpg)
![AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib](http://zim.az/uploads/posts/2022-01/1642012318_subhan-namazov-004.jpg)
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.